18:32
(077) 610-22-33

“Neftçi”dən tarixi qələbə: Azərbaycan çempionu Avroliqanın qrup mərhələsinə düşdü!

  • >
1 254 30 Avqust 2012 22:07 | İdman

Futbol üzrə Azərbaycan çempionu – "Neftçi" tarixi nəticəyə imza atdı. Bugün Böyükağa Ağayevin yetirmələri səfərdə Kiprin APOEL klubu ilə qarşılaşıb və 3:1 hesabılə qələbə qazanaraq, Azərbaycan tarixində ilk dəfə olaraq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bakılıların qələbə qollarını Cavid İmamverdiyev, Culius Vobay və Flavinyo vurub. Nəzərinizə çatdıraq ki, qrup mərhələsinin püşkatması bugün, avqustun 31-də Monakoda keçiriləcək.

Yaşar
AzNews.az
Bağla X