12:59
(077) 610-22-33

XIV Paralimpiya Yay Oyunlarında ilk qızıl medal

  • >
522 31 Avqust 2012 09:11 | İdman

Londonda keçirilən XIV Paralimpiya Yay Oyunları Azərbaycan millisi üçün uğurlu start götürüb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya paytaxtına 21 idmançı ilə yollanan yığmamız möhtəşəm yarışın ilk günündə qızıl medal qazanıb. Bu uğura 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ramin İbrahimov imza atıb. İlk görüşündə koreyalı Min-Ca Liyə qalib gələn həmyerlimiz 1/4 finalda Fransa idmançısı Kevin Villemontu da yarışdan kənarlaşdırmaqda çətinlik çəkməyib.

Yarımfinalda İbrahimovun rəqibi daha güclü yaponiyalı Takaaki Hirai olub. Lakin asiyalı idmançı da təmsilçimizin fəndləri qarşısında aciz qalıb. Nəticədə inamlı qələbə qazanan Ramin finala yüksəlib və burada Xiaodong Li (Çin) ilə üz-üzə gəlib. Cüdoçumuz ilk mərhələdə olduğu kimi həlledici görüşdə də Londona çempion olmaq üçün gəldiyini sübut edib. Rəqibinə heç bir şans verməyən İbrahimov qalib gəlməklə, Paralimpiadada millimizə ilk qızıl medalı qazandırıb. Qeyd edək ki, yarışlara sentyabrın 9-da yekun vurulacaq.

AzNews.az
Bağla X