“Mançestr Yunayted”in baş məşqçisi qovuldu


İngiltərənin məşhur futbol klubu olan "Mançestr Yunayted" baş məşqçisi Devid Moyesi vəzifəsindən kənarlaşdırıb. AzNews.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, ötən gün "Mançestr Yunayted" klubu rəsmi olaraq, baş məşqçi Devid Moyesi işdən çıxarıldığını bəyan edib.

Onun işdən çıxarılmasının dəqiq səbəbi göstərilməsə də futbol şərhçiləri bunu klubun son vaxtlar qarşılaşdığı uğursuzluqlarla əlaqələndiriblər.
Xatırladaq ki, D. Moyes baş məşqçi kimi cəmi 10 ay çalışıb. Moyes əfsanəvi məşqçi Aleks Ferqyusonu əvəzləmişdi. A. Ferqyusonun gedişindən sonra ilk sezon klub üçün çox uğursuz olmuşdu. Moyesin rəhbərliyi altında klub təxminən 20 ildə ilk dəfə Premyer Liqada dördlüyə düşə bilmədi. Bununla da klub növbəti sezonda Çempionlar Liqasında çıxış etməyəcək.

Aydan
AzNews.az