İlham Zəkiyev Londonda bürünc qazandı

Londonda keçirilən Paralimpiya oyunlarında Azərbaycan yığması növbəti medalını qazanıb. Belə ki, təcrübəli cüdoçumuz İlham Zəkiyev (+100 kq) bürünc medalla kifatətlənib. Finala gedən yolda idmançımız rusiyali Heydər Heydərovu məğlub etsə də, növbəzti mərhələdə yapon Masaki Kentoya yenilib.

Lakin sonuncunun finala çıxdığıa görə Zəkiyev bürünc uğrunda mübarizə aparmağa şans qazanıb və kanadalı Toni Uolbi və braziliyalı Uilyam Silvanı məğlub edərək 3-cü yer tutub. Xatırladaq ki, bundan əvvəlki iki Paralimpiya oyunlarında İlham Zəkiyev qızıl medalla sahib çıxmışdı.

Onu da nəzərinizə çatdıraq ki, cüdoçunun uğuru cari turnirdə yığmamıza artıq 3-cü medalanı qazandırıb. Belə ki, Zəkiyevdən öncə Ramin İbrahimov və Afaq Sultanova Paralimpiya oyunlarının qalibi adını qazanmışdılar.

Emin Abbasov
AzNews.az