- Köhnə - İdman
- 2 Sentyabr 2012 10:11
- 3 705
Messidən yeni rekord
Argentinalı futbolçu "Real" (Madrid) klubu ilə Superkubok oyununda 15-ci qolunu vurmağa müvəffəq olub.
Bununla da, Messi "El Klassiko" tarixində "Barselona"nın heyətində ən çox fərqlənən futbolçu adını qazanıb. Messi bu göstərici ilə "Real"ın əfsanəvi futbolçusu Raul Qonzalesə çatıb.
Qeyd edək ki, "El Klassiko" tarixindən ən çox qol vuran futbolçu isə "Real"ın əfsanəvi oyunçusu Alfredo Di Stefanodur. O, "El Klassiko"larda ümumilikdə 18 qola imza atıb.
Müşfiq Əli
AzNews.az