- Köhnə - İdman
- 3 Sentyabr 2012 09:19
- 2 806
Neftçinin rəqibləri üçün 3:1 və 1:3
"Partizan" Serbiya çempionatının 4-cü turu çərçivəsində Belqrad derbisində OFK klubunun qonağı olub. Qonaqlar əzmkar qələbəyə seviniblər. 41-ci dəqiqədə hesabı açan OFK cəmi 3 dəqiqə sonra azlıqda qalıb. Məhz bundan yararlanan "Partizan" fasilədən sonra 3 qol vurub. Markoviç (50) və Skepoviçin (80) qolları, eləcə də Qasiçin avtoqolu (62) 3:1 hesablı qələbəni rəsmiləşdirib. "Neftçi"nin rəqibi 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb.
"İnter" isə A Seriyasının 2-ci turu çərçivəsində "Roma" ilə qarşılaşıb. Milanda baş tutan görüşdə "İnter" ikinci, paytaxt klubu ilk qələbəsini qazanmaq iddiasında idi. Görüşdə hesabı 15-ci dəqiqədə qonaqlar açıblar. 45-ci dəqiqədə isə Kassano "İnter"in cavab qoluna imza atıb. 67 və 81-ci dəqiqələrdə "Roma" daha iki qol vurmaqla "Neftçi"nin rəqibinə qalib gəlib.
AzNews.az