03:28
(077) 610-22-33

Azərbaycan İsraillə üz-üzə gələcək

  • >
627 3 Sentyabr 2012 16:24 | İdman

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ilk qarşılaşmasında Azərbaycan yığması İsrail yığması ilə üz-üzə gələcək. Oyun sentyabrın 7-si saat 21:00-da Tofiq Bayramov adına Respublika Stadionunda baş tutacaq.

Bu arada Azərbaycan - İsrail oyununu idarə edəcək hakimlər müəyyənləşib. Sentyabrın 7-də baş tutacaq oyun sloveniyalı hakimlərə tapşırılıb. Millimiz üçün DÇ-2014-ün seçmə mərhələsinin start fitini Matey Yuq verəcək.

Qeyd edək ki, Azərbaycan millisi İsrail yığması ilə bir neçə dəfə qarşılaşıb və bütün qarşılaşmalarda İsrail yığması qalib gəlib.

Bahadur Eyuboğlu
AzNews.az
Bağla X