“Araz” UEFA Kuboku üçün heyətini açıqladı

Futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində mübarizə aparacaq Naxçıvanın "Araz" komandası öz iştirak vərəqəsini təqdim edib. Baş məşqçi Joze Alesio da Silva aşağıdakı oyunçulara şans vermək qərarına gəlib:

Vitali Borisov, Karlos Alberto Da Kosta, Jadder Dantas, Rəcəb Fərəczadə, Rizvan Fərzəliyev, Felipe Ribeyro Dos Santos, Covani Buranello Laercio, Namiq Məmmədkərimov, Dos Santos Nilson Maşado, Aleksey Petrov, Marat Salyanski, Maciel Lukas Serjio Luis, Rodriqo Taverna.

Onu da qeyd edək ki, "Araz" turnir çərçivəsində İrlandiyanın "EİD", Hollandiyanın "Eyndhoven" və Macarıstanın "Dyor" komandaları ilə oynayacaq.

Emin Abbasov
AzNews.az