“Rabitə”nin rəqibləri müəyyənləşib

Qadın voleybolçular arasında FİVB klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. Oktyabrın 13-19-da Qətərin paytaxtı Dohada keçiriləcək mundialda Azərbaycan çempionu "Rabitə"nin rəqibləri müəyyənləşib.

Yarışın son qalibi olan Bakı təmsilçisi növbəti titulu uğrunda "A" qrupunda mübarizə aparacaq. Marçello Abbondanzanın yetirmələri Asiyanın ən güclüsü - Çinin "Tianjin Bridgestone" klubu ilə qarşılaşacaq. Komandamızın ikinci rəqibinin isə qitəsi məlumdur. Bu, Cənubi Amerika təmsilçisi olacaq.

Lakin orada çempionat hələ davam etdiyindən klubun adına yekunda aydınlıq gələcək. Çox güman ki, həmin komanda ötən ildə baş tutan mundialda "Rabitə"yə uduzmuş Braziliya "Sollis Osasko" olacaq

Bahadur Eyuboğlu
AzNews.az