Güləşçimiz finala yüksəldi

Taylandın Pattaya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançısı finala yüksəlib.

Azərbaycan Güləş Federasiyasından AzNews.az-a bildiriblər ki, 50 kq çəkidə çıxış edən Murad Bazarov finalda rusiyalı Artur Labazanov ilə qarşılaşacaq.

Finala gedən yolda Bazarov irlandiyalı Aşkan Həsən Qolikiani, koreyalı Hyeok Jin Jeon, türkiyəli Tolqahan Karataş və israilli Andrey Tsaryuku məğlub edib. Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.

AzNews.az