Azərbaycan millisinin İstanbulda ilk məğlubiyyəti

Şahmat üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli yığma komandaları İstanbulda davam edən Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Kişi idmançılarımız 7-ci turun mərkəzi görüşündə Rusiya yığması ilə qarşılaşıb və 1,5:25 hesabı ilə məğlub oldular.

Oyunun taleyi Eltac Səfərli – Aleksandr Qrişuk qarşılaşmasında həll olundu. Belə ki, rusiyalı şahmatçı gənc qrossmeysterimizi məğlub edib komandasına qələbə qazandırdı. Digər üç oyunda isə Teymur Rəcəbov, Şəhriyar Mənmmədyarov və Rauf Məmmədov heç-heçə oynadılar. Onu da qeyd edək ki, bu, komandamızın turnirdə ilk məğlubiyyəti oldu.

Qadın komandamıza gəlincə, bu tur Fikrət Sideyifzadənin yetirmələri Sloveniya millisi ilə sülh bağladılar (2:2).

Emin Abbasov
AzNews.az