10:29
(077) 610-22-33

SOCAR-dan “Neftçi”yə yüksək məbləğli mükafat - Eksklüziv

  • >
1 852 5 Sentyabr 2012 00:00 | İdman

Futbol üzrə Azərbaycan çempionu – "Neftçi"nin ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması dövlət təşkilatlarının da diqqətindən kənarda qalmayıb. Belə ki, ölkə futbolunda özünəməxsus ilkə imza atan flaqman irihəcmli mükafata sahib çıxacaq.

Yəni klub rəhbərliyindən əlavə, "Neftçi" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də ayrıca mükafatlandırılacaq. AzNews.az saytına klubun daxilindən verilən məlumata görə, şirkət rəhbərliyi artıq bununla bağlı əmr də imzalayıb. Ödəniləcək məbləğ hələ açıqlanmasa da, onun "Neftçi" rəhbərliyinin verəcəyi mükafatdan az olmayacağı gözlənilir.

Qeyd edək ki, yayılan və hələlik təsdiqini tapmayan məlumatlara əsasən, klub rəhbərliyi APOEL ilə cavab oyunundan öncə qələbə qazanacağı təqdirdə hər oyunçuya 100 min manat mükafat veriləcəyini söz vermişdi. Nəticədə bakılılar rəqibini 3:1 hesabı ilə məğlub edərək qrup mərhələsinə vəsiqə qazandılar.

Emin Abbasov
Aznews.az
Bağla X