26 yaşlı futbolçu qəfil öldü

Türkiyənin "Eskişehirspor" klubunda oynayan futbolçu Ediz Bahtiyaroğlu qəfil ölüb. Türk mətbuatının verdiyi məlumata görə, Ediz, ölməmişdən bir neçə saat əvvəl twitterdən yeni komanda yoldaşı Necati Atəşlə zarafatlaşıbmış.

Necatinin təqdim etmə mərasimində Edizin formasını geyinməsindən sonra gənc oyunçu Ediz, Twitter səhifəsindən "Böyük qardaş formamda gözün var yəqin:)))" yazmışdı.

Türkiyənin "Eskişehirspor" klubunda oynayan Ediz Bahtiyaroğlu bu yazını paylaşandan bir neçə saat sonra infarkt keçirib. 26 yaşlı gənc futbolçu dünyasını dəyişib.

Bahadur
AzNews.az