19:58
(077) 610-22-33

Natali Proninadan növbəti bürünc medal

  • >
684 5 Sentyabr 2012 23:43 | İdman

Londonda davam edən Paralimpiya oyunlarında Azərbaycan yığması növbəti uğurunu qazanıb. Belə ki, üzgüçülük idman növündə iki gümüş medal qazanmış Natali Pronina daha bir yarışın ikinci yerinə sahib çıxıbş Bu dəfə idmançımız 100 metr beliüstə üzmək yarışında fərqlənib. Birinci yeri rusiyalı Oksana Savçenko qazanıb, bürünc mükafat isə britaniyalı Hanna Rasselə qismət olub.

Onu da qeyd edək ki, hal-hazırda yığmamızın aktivində 7 medal var. Belə ki, iki qızıl medalı cüdoçularımız – Ramin İbrahimovla Afaq Sultanova qazanıb, daha iki bürünc isə İlham Zəkiyev (cüdo) və Hüseyn Həsənovdan (yüngül atletika) gəlib.

Emin Abbasov
AzNews.az
Bağla X