Çin ilə heç-heçə və Yunanıstan üzərində qələbə

Şahmat üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli yığma komandaları İstanbulda davam edən Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Kişilərdən ibarət komandamız bu tur Çin yığması ilə qarşılaşıb və heç-heçə oynayıb (2:2). Qadın komandamıza gəlincə, zərif cinsin nümayəndələri Yunanıstan qrossmeysterləri ilə görüşdən qalib ayrılıblar (2,5:1,5).

Onu da qeyd edək ki, növbəti turda kişi şahmatçılarımız Polşa millisi, qadın yığmamız isə Gürcüstan komandası ilə qarşılaşacaqlar.

Emin Abbasov
AzNews.az