Azərbaycan-İngiltərə oyunu saat 20:00-da olacaq

Bu gün 21 yaşlı futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. "Dalğa Arena"da baş tutacaq Azərbaycan - İngiltərə oyunu saat 20:00-da başlayacaq.

Səfərdə rəqibinə 0:6 hesabı ilə uduzan millimiz həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Lakin Bernhard Lippertin komandasının işi elə də asan görünmür.
Qeyd edək ki, Ingiltərə millisi hazırda 15 xalla turnir cədvəlinə başçılıq edir.

Bahadur
AzNews.az