Pattayada Gənc qızlarımız güləşəcək

Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Bu gün 44, 51, 59 və 67 kq çəkidə gənc qızlar arasında qaliblər müəyyənləşəcək. 59 kq çəki dərəcəsində təmsilçimiz olmadığından digər 3 çəkidəki idmançı qızlarımız öz gücünü sınayacaq.

44 kq çəkidə Aydan Səfərəli,səkkizdə bir final çərçivəsində Rumuniya güləşçisi Madalina Rinqurarru ilə mübarizə aparacaq. 51 kq çəkidə Azərbaycan güləşçisi Patimat Baqomedova onaltıdabir final mərhələsində Qazaxıstanlı Kristina Yalovenko ilə üz-üzə gələcək.

Digər güləşçimiz Dərya Korin, səkkizdə bir final mərfələsində Ukranyalı Karina Stankova ilə gücünü sınayacaq. Nəticələr barədə sizə məlumat verəcəyik.

Bahadur
AzNews.az