“Mançester Siti”-dən Ronaldoya fantastik təklif

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldonun klubu ilə bağlı problemləri onun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərləri daha da artırır. "Xezerxeber.com" xəbər verir ki, Premyer Liqa təmsilçisi "Mançester Siti" portuqaliyalını heyətində görmək üçün 200 milyon avrosundan keçməyə hazırdı.

Məlumatda bildirilir ki, ingilislər bu fantastik təklifi Ronaldonun meneceri Xorxe Mendeslə Madrid klubuna çatdırıb. Ancaq "Real"ın prezidenti Florentino Peres onu satmaq niyyətində deyil. Tərəflər razılığa gəlsə, Ronaldo yeni iş yerində ilinə 20 milyon avro qazanacaq.

Bahadur
AzNews.az