“Kamran Ağayev robot deyil, insandı”

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsrailə qarşı keçirdiyimiz oyunda kobud səhvlə yadda qalan qapıçı Kamran Ağayevi dəstəkləyib.

Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib: "Rəqib bu gün istədiyi oyunu sərgiləyə bilmədi. Amma buna daha çox biz mane olduq. Çünki onlara öz oyunlarını göstərmək imkanı vermədik.

Kamran Ağayevin buraxdığı qola gəlincə, hamı səhv edə bilər. O, ölkənin ən yaxşı qapıçısıdı. Həmişə də bunu isbatlayıb. Kamran bu oyunda da bir neçə dəfə komandanı qoldan xilas etdi. Bir səhvə görə mən onu qapıdan götürə bilmərəm. O da insandı, robot deyil".

AzNews.az