Natali Pronina 4-cü “gümüş”ünü qazanıb

Londonda davam edən Paralimpiya oyunlarında Azərbaycan yığması növbəti medalını qazanıb. Belə ki, üzgüçülük idman növündə üç gümüş medal qazanmış Natali Pronina daha bir yarışın ikinci yerinə sahib çıxıb.

Bu dəfə idmançımız 50 metr sərbəst stildə üzmə yarışında fərqlənib. Birinci yeri rusiyalı Oksana Savçenko qazanıb, bürünc mükafat isə onun həmvətəni Darya Stukalovaya qismət olub.

Onu da qeyd edək ki, hal-hazırda yığmamızın aktivində 8 medal var. Belə ki, iki qızıl medalı cüdoçularımız – Ramin İbrahimovla Afaq Sultanova qazanıb, daha iki bürünc isə İlham Zəkiyev (cüdo) və Hüseyn Həsənovdan (yüngül atletika) gəlib.

Emin Abbasov
AzNews.az