Ermənistan şahmatçılarının turnirdə iştirak edib-etməməsi yüksək səviyyəli müzakirələrədən sonra həll olunacaq Ermənistan şahmatçılarının turnirdə iştirak edib-etməməsi yüksək səviyyəli müzakirələrədən sonra həll olunacaq

15 milyon manatlıq 2016-cı il Olimpiadası Bakıda keçiriləcək!

Ermənistan şahmatçılarının turnirdə iştirak edib-etməməsi yüksək səviyyəli müzakirələrədən sonra həll olunacaq



Şahmat üzrə 2016-cı il Ümumdünya Olimpiadası Bakıda keçiriləcək. Ölkə idmansevərləri üçün bu xoş xəbər İstanbulda keçirilən FİDE-nin növbəti Konqressində qəbul olunub. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, habelə Şahmat Federasiyasının rəhbərliyi təmsil edib. Çıxarılan qərara əsasən, yaxın günlərdə Azərbaycan tərəfindən işçi qrupu yaradılacaq və bütün cari məsələlərin həlli istiqamətində təkliflər hazırlacayaq.

Bununla belə, gündəmdə duran vacib məsələ - Ermənistan şahmatçılarının turnirdə iştirak edib-etməməsi yüksək səviyyəli müzakirələrədən sonra həll olunacaq. Onu da qeyd edək ki, ilkin məlumatlara əsasən, Bakı-2016-ın büdcəsi 15 milyon manat civarında olacaq.

Emin Abbasov
AzNews.az