Təəssüf ki, yarışmanın qalibi ermənilər oldu Təəssüf ki, yarışmanın qalibi ermənilər oldu

Şahmatçılarımız İstanbuldan medalsız qayıdır

Təəssüf ki, yarışmanın qalibi ermənilər oldu



Avqustun 28-də İstanbulda start götürən Ümumdünya Şahmat Olimpiadasında son turun oyunları keçirilib. Təəssüf ki, kişi və qadınlardan ibarət komandalarımız mükafatçılar sıralarına düşə bilmədilər. Belə ki, son turda kişi şahmatçılarımız Hindistan üzərində qələbə qazansalar da, (2,5:1,5), yekun cədvəldə 15 xalla 9-18 yerləri bölüşüblər. Bununla belə, əlavə göstəriciləri də nəzərə alsaq, Vladimir Tukmakovun komandası 10-cu olub. Xatırladaq ki, ötən Olimpiadada kişi qrossmeysterlərimiz 11-ci yeri tutmuşdular. Onu da qeyd edək, "İstanbul-2012"-nin qalibi adını Ermənistan yığması qazanıb. İkinci yeri Rusiya, üçüncünü isə Ukrayna komandaları tutub.

Qadın şahmatçılarına gəldikdə, bizim komanda son turda Belarus millisinə 1,5:2,5 hesabı ilə uduzub və yekun reytinqdə 28-ci olub. Turnirin qalibi Rusiya, 2-3-cü yerlərin sahibləri isə Çin və Ukrayna olub.

Emin Abbasov
AzNews.az