Londonda XIV Paralimpiya Oyunlarının bağlanış mərasimi olub Londonda XIV Paralimpiya Oyunlarının bağlanış mərasimi olub

London Paralimpiya oyunları başa çatdı

Londonda XIV Paralimpiya Oyunlarının bağlanış mərasimi olub



AzərTAc xəbər verir ki, "Od festivalı" adını daşıyan tədbirdə hərbçilərə xüsusi ehtiram göstərilmişdir. Təntənəli mərasimin əvvəlində Böyük Britaniya bayrağını aparmaq şərəfi məhz ölkə hərbçilərinə həvalə edilmişdi.

Mərasimdə Rianna, Jay-Z və s. kimi dünya şou-biznesinin tanınmış ulduzları çıxış etmişlər. Coldplay "Viva La Vida" qrupunun çıxışı zamanı telekörpü vasitəsilə Böyük Britaniyanın hər yerindən incəsənət ustaları tədbirə qoşulmuşlar. Təşkilatçılar çıxışlarına görə musiqiçilərə rəmzi qonorar-1 funt sterlinq pul təqdim etmişlər. Şounun elementlərindən biri olan-bir qrup artistin stadiona daxil olması mərasimi daha parlaq və unudulmaz etmişdir.

Qeyd edək ki, Azərbaycan idmançıları budəfəki Paralimpiya Oyunlarında 12 medal qazanmışlar. Bu medalların 4-ü qızıl, 5-i gümüş, 3-ü bürüncdür. İştirakçı komandalar arasında Azərbaycan yığması 27-ci yeri tutmuşdur.

AzNews.az