19:21
(077) 610-22-33

Ronaldonun taleyi Azərbaycanla oyundan sonra məlum olacaq

  • >
502 10 Sentyabr 2012 13:05 | İdman

Azerisport.az xəbər verir ki, bu həftə Portuqaliya yığmasının lideri Kristiano Ronaldo ilə İspaniyanın "Real" klubunun prezidenti Florentino Peres və baş məşqçisi Joze Mourinyo arasında görüş keçiriləcək.

Görüşün keçirilməsinə səbəb son dövrlər bu futbolçunu Madrid təmsilçisində xoşbəxt olmadığına dair şok açıqlamalarıdı.

Böyük ehtimalla görüş sabah keçiriləcək Azərbaycanla Portuqaliya arasındakı seçmə mərhələ oyunundan sonra baş tutacaq. Ronaldonun yığmadan kluba döndükdən sonrakı ilk işi məhz rəhbərliklə mövcud narazılığı aradan qaldırmaq olacaq. Lakin tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik dəqiq bilinmir.

Məşhur "AS" nəşrinin yazdığına görə, Ronaldonu narazı salan əsas məqamlardan biri ondan ibarətdi ki, onun 2015-ci ildə başa çatacaq müqaviləsinin yenilənməsi yönündə heç bir danışıqlara start verilməyib. Halbuki, Di Mariya, Albiol, Arbeloa və İquayn ilə oxşar danışıqlar aparılıb və razılıq əldə olunub. Bundan başqa Ronalo Avropanın ən yaxşı futbolçusunun seçimlərində "Real" rəhbərliyinin onu lazımınca dəstəkləməməsindən də narazıdı.

Elxan
AzNews.az
Bağla X