Erik Roketa Kapillanın işləmədiyi komanda qalmayıb Erik Roketa Kapillanın işləmədiyi komanda qalmayıb

“Xəzər Lənkəran” yeni məşqçi ilə müqavilə bağladı

Erik Roketa Kapillanın işləmədiyi komanda qalmayıb



AzNews.az xəbər verir ki, "Xəzər Lənkəran" bu gün yeni fiziki hazırlıq üzrə məşqçisi Erik Roketa Kapilla ilə bir illik müqavilə imzalayıb. Bu barədə məlumat Lənkəran klubunun rəsmi saytında verilib.

Bildirilir ki, 27 yaşlı ispaniyalı məşqçi fiziki hazırlıq və idman elmləri üzrə bakalavr, komanda idman növlərində yüksək məhsuldarlıq üzrə mütəxəssisdir. O, müəyyən vaxt "Barselona" futbol klubu ilə əməkdaşlıq edib, "Barselona" futbol federasiyası tərəfindən verilmiş futbol məktəblərində çalışmaq üçün məşqçilik diplomuna və 2-ci dərəcəli FİFA məşqçilik diplomuna malikdir. Həmçinin Kapilla gənc istedadlı idmançıların seçimi üzrə məşqçidir.

O, 2005-2006-cı illərdə "Blanka Subur" futbol komandasında, 2006-2007-ci illərdə "Espanyol" futbol klubunun texniki mərkəzində, eyni zamanda "Eskola Pia de Sitces" futzal komandasında, 2007-2008-ci illərdə "Vilanova" və "Munia" futbol klublarında, 2008-2012-ci illərdə "Reus Deportiu" otüstü hokkey komandasında və 2009-2011-ci illərdə qadınlardan ibarət "Barselona" volleybol komandasında fiziki hazırlıq üzrə məşqçi işləyib.

Elxan
AzNews.az