Bu gün qisas alınmalıdı Bu gün qisas alınmalıdı

Atalar üçdən deyib

Bu gün qisas alınmalıdı



AzNews.az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti imtahanını verəcək. Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin ikinci oyununda Portuqaliya ilə qarşılaşacaq.

Xatırladaq ki, portuqallar milli komandamız üçün tanış rəqibdi. Belə ki, Portuqaliya artıq iki seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub. Təəssüf ki, bu qarşılaşmalarda yığmamız özünü doğrulda bilməyib. 1999-cu ildə, martın 26-da AÇ-nin seçmə mərhələsi çərçivəsində Gimaraynşda baş tutan oyunda Portuqaliya Azərbaycan millisini biabırçı hesabla məğlub edib - 7:0. Amma sentyabrın 4-də Bakıda keçirilən cavab görüşündə millimiz həmin darmadağının qisasını qismən də olsa, ala bilib. Portuqaliya yığmamıza məğlubiyyətdən 90+7-ci dəqiqədə yaxa qurtara bilib - 1:1. İndiyədək həmin nəticə futbolumuzun yadda qalan uğurlarından biri kimi xatırlanır.

Portuqaliya yığması ilə AÇ-2008-in seçmə mərhələsində yollarımız 2006-cı ilin oktyabr ayının 7-də kəsişib. Portuda keçirilən görüşdə Portuqaliya yenə sevinib - 3:0. 2007-ci ilin 13 oktyabr tarixində Bakıda baş tutan qarşılaşmada isə millimiz bizi sevindirə bilməyib - 0:2.

İndiyədək Portuqaliya ilə qarşılaşmalar yığmamız üçün o qədər də uğurlu alınmayıb. Millimiz Portuqaliya ilə görüşlərdə bir heç-heçəyə nail olsa da, rəqibinə qalib gələ bilməyib. Acınacaqlısı odur ki, 4 oyuna bu komandadan 13 qol buraxmışıq və bunlardan yalnız birinə cavab verə bilmişik. Amma ümid edək ki, bu dəfə daha yaxşı oyun nümayiş etdirib, yaddaqalan nəticə əldə edəcəyik.

Onu da bildirək ki, bu gün millimiz tarixi ərzində 189-cu oyuna çıxacaq. İndiyədək oyunların 32-də qələbə qazanmışıqsa, 47-də də heç-heçə ilə təsəlli tapmışıq. 109 oyunda isə məğlub olmuşuq. Topların fərqi də ürəkaçan deyil: 131 qol vurduğumuz halda, öz qapımızdan 335 top buraxmışıq.

DÇ-2014-ün seçmə mərhələsi

11 sentyabr

00:15. PORTUQALİYA – AZƏRBAYCAN

Braqa. "AXA" stadionu.

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Radoslav Sieyka, Robert Malek (hamısı Polşa).

Hakim-inspektor: Villiam Smit (Şotlandiya).
UEFA nümayəndəsi: İsak Mikladal (Farer adaları).

AzNews.az