22:27
(077) 610-22-33

“Neftçi”-“Çixura” oynunda dava: işə Ramil Usubov da qarışdı

  • >
4 497 1 Avqust 2014 09:14 | İdman

Ötən gecə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Gürcüstan "Çixura"sını qəbul edən "Neftçi" qonaq komandanın azarkeşlərinin təxribatıyla üzləşib.

Nəticədə isə stadionda gürcü və azərbaycanlı azarkeşlər arasında dava düşüb. Davanın baş verməsinə səbəb isə gürcülərin tribunaya gətirdiyi pankartda Zaqatala və Balakən rayonlarının Gürcüstanın işğal olunmuş ərazisi kimi göstərilməsi olub.

Azarkeşlər arasında gərginlik ilk hissənin bitməyinə bir neçə dəqiqə qalmış baş verib. Davanın baş verməsinin qarşısını polis ala bilib. Bu isə müvəqqəti olub. Bir neçə dəqiqə sonra azarkeşlər arasındakı münaqişə yenidən qızışıb və onlar bir-birinə butulkalar atmağa başlayıblar. Qarşılaşma bitdikdən sonra isə vəziyyət daha da gərginləşib.

Tərəflər arasında baş verən davaya gürcü jurnalistlər də qoşulub. Aranı sakitləşdirmək üçün qonaq azarkeşlər və jurnalistlər Nizami Rayon Polis İdarəsinə aparılıblar.

AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı dərhal daxili işlər naziri Ramil Usubova məruzə olunub. Nazirin tapşırığı ilə polis idarəsinə daxili işlər nazirinin müavinlərindən biri gəlib.

Nazir müavini baş verənlərlə maraqlanıb. Bir neçə saat dindirilən gürcü jurnalistlər və azarkeşlər gecə saatlarında sərbəst buraxılıblar.
Onu da qeyd edək ki, gürcü azarkeşlər pankart üzərinə "This is Georgia" "Bura Gürcüstandır" şüarı yazıblar. Polisin müdaxiləsindən sonra şüar gürcü azarkeşlərin əlindən alınıb.



İntiqam Valehoğlu
AzNews.az
Bağla X