Braqa İctimai Təhlükəsizlik Polisi gücləndirilmiş rejimə keçdi, onlar da narahatdır… Braqa İctimai Təhlükəsizlik Polisi gücləndirilmiş rejimə keçdi, onlar da narahatdır…

Portuqaliyada Azərbaycan millisinə qarşı erməni təxribatı gözlənilir

Braqa İctimai Təhlükəsizlik Polisi gücləndirilmiş rejimə keçdi, onlar da narahatdır…


AzNews.az xəbər verir ki, Portuqaliya mediası bu gün Azərbaycan milli komandası ilə bu ölkənin yığması ilə keçiriləcək oyunda terror olma ehtimalından ciddi narahatlığını ifadə edir. "Correio do Minho" qəzetinin yazdığına görə, qarşılaşmanın keçiriləcəyi Braqa şəhərinin İctimai Təhlükəsizlik Polisi (PSP) artıq gücləndirilmiş iş rejiminə keçib. Polis idarəsi terror olma ehtimalını gizlətməsə də, ciddi narahatlığa əsas görməyib.

Həmçinin, şəhər rəsmiləri vətəndaşlara qarşılaşmanın keçiriləcəyi "AXA" stadionuna azyaşlı uşaqları gətirməyi qəti qadağan edib. Polis stadiona spirtli içkilərin, yandırıcı, pirotexnik qurğuların və buna bənzər avadanlıqların keçirilməsinin də qarşısını alacağını açıqlayıb.

Görünür, Portuqaliya rəsmiləri son günlər Budapeştdə həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiyasını və onun Prezident tərəfindən əhv edilməsindən sonra erməni dövlətinin və erməni terror təşkilatlarının hədələrini nəzərə alaraq bu addımı atıb.

Elxan
AzNews.az