Komandalar hər ikisi bununla bağlı müraciət edib Komandalar hər ikisi bununla bağlı müraciət edib

“Qarabağ”la AZAL yerdəyişmə etdi

Komandalar hər ikisi bununla bağlı müraciət edib



AzNews.az xəbər verir ki, Premyer Liqanın 5-ci turu çərçivəsində keçiriləcək oyunlar sırasında sentyabrın 16-na planlaşdırılan "Qarabağ" – AZAL qarşılaşmasında "Qarabağ" ev sahibliyi etməli idi. Lakin ölkəmizdə 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatı ilə əlaqədar olaraq "Qarabağ" AZAL-la qarşılıqlı razılaşma əsasında "Qarabağ" - AZAL görüşünün ev sahibi dəyişdirilib.

Sentyabrın 16-da baş tutacaq oyuna AZAL ev sahibliyi edəcək. 2-ci dövrədəki oyunda isə "Qarabağ" ev sahibi kimi meydana çıxacaq. Artıq hər iki tərəf bu barədə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Beləliklə, AZAL - "Qarabağ" oyunu sentyabrın 16-da Şüvəlandakı "AZAL Arena"da baş tutacaq. Oyun yerli vaxtla 18:30-da başlayacaq.

AzNews.az