02:12
(077) 610-22-33

“Qarabağ“ “Tvente“yə, “Neftçi“ “Partizan“a rəqib oldu

  • >
927 8 Avqust 2014 14:24 | İdman

Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin püşkü atılır.



Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Bu mərhələdə ölkəmizi iki komanda - "Qarabağ" və "Neftçi" klubları təmsil edirlər. Hər iki klubumuz səpələnməmişlər səbətində yer alıb ki, bu da təmsilçilərimizi güclü rəqiblə üz-üzə qoyacaqdı.

Artıq "Qarabağ" və "Neftçi"nin rəqibləri müəyyəbləşib. Ağdam təmsilçisi yenidən pley-off mərhələsində Hollandiyanın "Tvente" klubuna rəqib olub. "Neftçi" isə daha öncə Avropa Liqasının qrup mərhələsində qarşılaşdığı "Partizan"la (Serbiya) qarşılaşacaq.


"Qarabağ" (Azərbaycan) - "Tvente" (Hollandiya)
"Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya)


Xatırladaq ki, Çempionlar Liqasında Avstriyanın "Zalsburq" klubuna məğlub olaraq mübarizəni dayandıran "Qarabağ" tarixi ərzində 4-cü dəfə Avroliqanın "pley-off" mərhələsində oynayacaq. III təsnifat mərhələsində Gürcüstanın "Çixura" klubunu mübarizədən kənarlaşdıran "Neftçi" klubu isə ikinci dəfə Avroliqanın həlledici mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, "pley-off" mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək.

AzNews.az
Bağla X