Azərbaycan millisi almanlara uduzub, “Avrobasket-2013”dən uzaqlaşdı

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli yığma komandası "Avrobasket-2013"ün seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. Elxan Əliyevin yetirmələri səfərdə Almaniya yığması ilə qarşılaşıb və 68:81 hesabılə məğlub olub. Nəticədə komandamız turnirin final mərhələsinə vəsiqə qazana bilməyib və çıxışını erkən yekunlaşdırıb. Xatırladaq ki, almanlarla ilk görüşdə komandamız 68:85 hesabılə məğlub olmuşdu.

Emin Abbasov
AzNews.az