Velosiped idmanı üzrə keçirilən çempionata yekun vuruludu - FOTOLAR

Xızıda cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatına yekun vurulub. Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Velosiped idmanının şose növü üzrə keçirilən yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı mübarizə aparıb.
Qeyd edək ki, ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 4 üzvü - Aqşin İsmayılov, Samir Cəbrayılov, Məhəmməd Ələkbərov və Maksim Averin də iştirak edib.
2-ci yarış günü velosipedçilər qrup ötüşməsində yarışıblar və əsas mübarizə məhz ən təcrübəlilərin yarışdığı U-23 və Elit yaş qrupunda gedib. 82 km-lik marşrutun təxminən 50 kilometrindən sonra liderlər qrupu əsas pelotondan ayrılıb, finişə 16 km qalmış isə Maksim Averin vahid liderlik əldə edib və üstünlüyünü sonadək qorumaqla Azərbaycan çempionu adına layiq görülüb - 2 saat, 47 dəqiqə, 52 saniyə.
Elit/U-23 (82 km)
1
AVERİN
Maksim
BCP
2:47:52
2
CƏBRAYILOV
Samir
BCP/NEFTÇİ
2:52:17
3
İSMAYILOV
Aqşin
BCP/OEQİUGVM
2:52:37
U-15 (40 km)
1
ORLOV
İvan
OEQİUGVM
1:22:52
2
İSGƏNDƏROV
Xankişi
8OEQİUGM
1:22:52
3
HƏSƏNOV
Maqsud
SƏRHƏDÇİ
1:22:52
U-17 (68 km)
1
SƏFƏRLİ
Mikayıl
8OEQİUGM
2:22:35
2
ORUCZADƏ
Nicat
8OEQİUGM
2:22:35
3
ŞİRƏLİYEV
Kərim
LOKOMOTİV
2:23:52
GƏNCLƏR (82 km)
1
ƏLİZADƏ
Elgün
8OEQİUGM
2:52:18
2
QƏHRƏMANLI
Kənan
8OEQİUGM
2:52:30
3
QARAYEV
Nicat
8OEQİUGM
2:58:07

AzNews.az
image description image description image description