01:12
(077) 610-22-33

“Qarabağ” azarkeşlərinə qadağa

  • >
714 14 Avqust 2014 07:37 | İdman

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Hollandiyanın “Tvente” klubu öz meydanında keçirilən oyunlarla bağlı yeni qərar qəbul edib.



AzNews.az-ın "Apasport"a istinadən məlumatına görə, Enshede təmsilçisinin ev oyunlarında azarkeşlərin arenaya daxil olması müəyyən şərtlərlə gerçəkləşəcək.

Belə ki, fanatlar stadiona noutbuk və planşet keçirə bilməzlər. Arenanın girişindən buraxılmaq üçün azarkeşlər bu qərara əməl etməli olacaqlar. Bunda məqsəd onların oyunlarını videoya çəkilməsinin qarşısını almaqdı. Bu qadağa qonaq komandaların, o cümlədən "Qarabağ"ın fanatlarına da şamil olunacaq.

Qeyd edək ki, "Tvente" eyni addımı atan İngiltərə "Mançester Yunayted"inin yolu ilə gedib. Britaniyalılar 150x100 mm və daha böyük ölçülərə malik bütün elektron qurğulara qadağa qoymuşdu. Mançester təmsilçisinin rəhbərliyi bu addımı azarkeşlərin bir-birinə mane ola bilməsi və qarşılaşmanı videoya çəkməsinin mümkünlüyü ilə izah etmişdi.

AzNews.az
Bağla X