03:33
(077) 610-22-33

Azərbaycan idmançıları ilə bağlı reklam qalmaqalı yenidən alovlanır

  • >
607 12 Sentyabr 2012 11:16 | İdman

Rusiya telekanallarında yayımlanan və Azərbaycan idmançılarının təhqir olunması ilə yadda qalan qalmaqallı reklam çarxı ətrafında müzakirələr yenidən gündəmə gəlib. Məsələ ilə bağlı Azərbaycan tərəfinin etirazları MDB ölkələri üzrə Reklam Komissiyasının oktyabrın 10-da Moldovada keçiriləcək iclasında müzakirə ediləcək. Bu barədə məlumatı AzNews.az-a Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev verib.

İttifaq rəhbərinin sözlərinə görə, məsələ ilə əlaqədar qarşı tərəfə etiraz məktubu göndərilib:"Onlar bildirdilər ki, reklam üçün tələb olunan məbləğ ödənilib, buna görə də Azərbaycan idmançılarının təhqir edildiyini düşünmürlər. Biz isə bu məsələnin Reklam Komissiyasının iclasında müzakirə edilməsi üçün müraciət etdik. Həmın iclasda Azərbaycanı ittifaqın vitse-prezidenti Tamella Nağıyeva təmsil edəcək".

Məlumat üçün bildirək ki, havatəmizləyicilərin reklam olduğu qalmaqallı reklam çarxında güləş üzrə Azərbaycan yıgma komandasının məşq zalında xoşagəlməz iylərin olduğuna işarə edilməsi etirazla qarşılanmışdı.

E.Əlosmanqızı
AzNews.az
Bağla X