10:31
(077) 610-22-33

Azərbaycan bayrağına hörmətsizliklə bağlı açıqlama veriləcək

  • >
653 12 Sentyabr 2012 12:46 | İdman

Türkiyə Futbol Federasiyasının rəsmisi hiddətlə qınanılır



AzNews.az xəbər verir ki, sentyabrın 7-də futbol üzrə DÇ-2014 qrup qarşılaşması çərçivəsində Amsterdam Arenada baş tutan Hollandiya – Türkiyə oyunundan əvvəl Türkiyə Futbol Federasiyasının təhlükəsizlik nümayəndəsi Aytəkin Yörüyün Azərbaycan bayraqlarına qarşı hörmətsizlik etməsinə rəsmi münasibət bu gün ərzində futbol qurumu tərəfindən açıqlanacaq.

Bu barədə məlumatı AzNews.az əməkdaşının suallarını cavablandıran, adının çəkilməsini istəməyən TFF nümayəndəsi verib.

Xatırladaq ki, Hollandiya – Türkiyə qarşılaşmasından əvvəl Aytəkin Yörük azərbaycanlı və türk futbol azarkeşlərinin əllərindən Azərbaycan bayraqlarını aldırmışdı. Bu isə stadiona gələn fanatların qəzəbinə səbəb olub.

AzNews.az
Bağla X