12:19
(077) 610-22-33

“Qarabağ“ Bakıda qələbə qazana bilmədi

  • >
669 21 Avqust 2014 21:07 | İdman

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

AzNews.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan çempionu "Qarabağ" cari mövsüm qitənin ikinci dərəcəli klub turnirində birinci matçına Bakıda çıxıb.

Çempionlar Liqasında uğursuzluq yaşayan və mübarizəni daha zəif turnirdə davam etdirən Ağdam təmsilçisi Hollandiya "Tvente"si ilə qarşılaşıb. Tarixində 4-cü dəfə Avropa Liqasının pley-offunda oynayan Qurban Qurbanovun yetirmələri tilsimi qırmağa çalışsalar da, qrup mərhələsinə yüksələcək komandanın adına 1 həftə sonra səfərdə aydınlıq gələcək.

Belə ki, bu mərhələdə qələbə qazanmayan "Qarabağ" yenə rəqibini məğlub edə bilməyib. Komandamızın bir qədər zəif çıxışına isə oyun qurucumuz Çumbinyonun zədə səbəbindən oyunu buraxması olub. Bundan əlavə, əsasən gənclərə bel bağlayan Qurbanov onlardan istədiyini ala bilməyib. Bakıda yenə qolsuz bərabərlik qeydə alınıb.

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar

21 avqust

"Qarabağ" - "Tvente" (Hollandiya) - 0:0
Baş hakim: Manuel Qrafe (Almaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 24. Admir Teli, 7. Namiq Yusifov, 77. Cavid Tağıyev, 99. Namiq Əsgərov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.

TVENTE: 1. Nik Marsman, 2. Kuko Martina (k), 4. Derril Laxman, 5. Robbert Şilder, 17. Rasmus Benqtsson, 8. Kayl Ebesilio, 22. Kamohelo Mokotco, 7. Yuness Moktar, 10. Hakim Ziyex, 30. Luk Kastaynyos, 33. Kasper Kusk.
Ehtiyat oyunçular: 20. Sonni Stivens, 15. Diko Koppers, 16. Tim Breukers, 23. Yoaxim Andersen, 18. Tim Hölşer, 19. Şadraç Eqhan, 9. Torqeyr Börven
Baş məşqçi: Alfred Şroyder

AzNews.az
Bağla X