22:36
(077) 610-22-33

Azərbaycan alpinistləri Elbrusun zirvəsini fəth etdilər

  • >
677 22 Avqust 2014 17:30 | İdman

Azərbaycan alpinistlər komandası Avropanın ən yüksək zirvəsi olan Elbrusa (5642 m) uğurla qalxa biliblər. Həmin komandanın tərkibinə Azərbaycan Alpinizm Federasiyasının (AAF) idmançıları, "Nikoil Bank"ın alpinist qrupu və "Murov" ekstremal idman klubunun üzvləri daxil olub.
AzNews.az federasiyaya istinadən məlumat verir ki, hər üç qrupun birgə layihəsi olan ekspedisiyanın rəhbərliyini təcrübəli alpinist, AAF-ın prezidenti İsrafil Aşurlu həyata keçirib.

Alpinistlərin səfəri çox çətin hava şəraitində keçib. İqlimə uyğunlaşmaq üçün birinci gündə alpinistlər 3800 m hündürlüyündə yerləşən əsas düşərgədək çıxıblar, ikinci gün 4200 m-dək, üçüncü gün isə 4800 m-dək qalxıblar. Bir günlük istirahətdən sonra saat 02:00-da komanda zirvə istiqamətində yola çıxıb. Güclü külək və şaxtaya baxmayaraq, alpinistlər Elbrus zirvəsində Azərbaycan bayrağını sancıblar. Bundan sonra idmançılar uğurla aşağı düşüb, Elbrus ətəyindəki Azau qəsəbəsində dincəlmək üçün dayanıblar.

Xatırladaq ki, bu ekspedisiya ilə AAF-ın prezidenti İ.Aşurlunun Elbrus dağının zirvəsinə qalxma sayı 14-ə çatıb.

AzNews.az
Bağla X