15:26
(077) 610-22-33

“M.Y.“dan rekord transfer

  • >
756 26 Avqust 2014 11:01 | İdman

"Mançester Yunayted" Anxel Di Mariyanın transferini rəsmən açıqlayıb.



Anspress-in məlumatına görə, ulduz futbolçunun ingilis klubuna transferi reallaşıb. Artıq bundan sonra Anxel Di Mariya "Qırmızı şeytanlar" üçün tər tökəcək.

"Mançester Yunayted" Di Mariya üçün "Real Madrid"ə 81 milyon avro, yəni 99 milyon dollar ödəyəcək.

Bununla da "Mançester" öz klub rekordunu vuraraq Di Mariyanı klubun ən bahalı oyunçusu edib.

Argentinalı ulduz bu gün ərzində Mançester şəhərinə gələrək sağlamlıq testindən keçəcək.

"Mançester Yunayted"in futbolçuya həftəlik 375 min avro maaş verəcəyi bildirilib. Ulduz oyunçunun Ançelotti başda olmaqla "Real Madrid"dəki dostları ilə vidalaşdığı məlumdur.

AzNews.az
Bağla X