21:52
(077) 610-22-33

AzTV-dən canlı yayımdakı söyüşlərə - Reaksiya

  • >
557 13 Sentyabr 2012 09:00 | İdman

“Bunun qarşısını almaq mümkün olmayıb”



Portuqaliya – Azərbaycan oyununda futbolçularının bir-birlərini ağır söyüşlərlə təhqir etdiyi barədə məlumatı sizlərə çatdırmışdıq."Xezerxeber.com" xəbər verir ki, bu barədə Fanat.Az saytı məlumat yayıb. Məsələ bağlı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Xatirə Qasımova sayta açıqlama verib.

O, açıqlamasında AzTv-nin yayılan söyüşlərə görə məsuliyyət daşımadığını qeyd edib: "Düşünürəm ki, burada nə kanalın, nə də şərhçilərin heç bir günahı yoxdur. Çünki oyun birbaşa yayımlanırdı. Bu isə sadəcə bir-iki saniyəlik interşum olub. Bunun qarşısını almaq mümkün olmayıb".

Xatırladaq ki, sentyabrın 11-də keçirilən oyunda millimizin futbolçularının bir-birini təhqir etməsi ilə video yayılmışdı. Həmçinin bu söyüşlər televiziya vasitəsi ilə də tamaşaçılara eşitdirilmişdi.

AzNews.az
Bağla X