Futbol üzrə Çempionlar Liqasının qrupları bəlli oldu

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimim keçirilib.

Apasport.az saytının məlumatına görə, bütün Avropanın diqqət mərkəzində olacaq tədbir Monakoda baş tutub.

Bakı vaxtı ilə saat 20:45-də başlayan tədbirdə qitənin 32 ən güclü komandasının rəqibləri bəlli olub. Bu 32 komandadan 22-si birbaşa qrup mərhələsinə yüksəlibsə, 10-u təsnifat oyunlarından keçməli olub. Qardaş Türkiyəni təmsil edən "Qalatasaray" "D" qrupunda "Arsenal", "Borussiya" və "Anderlext"lə yarışacaq.

Püşkatma nəticəsində klublar aşağıdakı qruplara bölünüblər:

A qrupu: Atletiko (İspaniya), Yuventus (İtaliya), Olimpiakos (Yunanıstan), Malmö (İsveç).

B qrupu: Real (İspaniya), Bazel (İsveçrə), Liverpul (İngiltərə), Ludoqorets (Bolqarıstan).

C qrupu: Benfika (Portuqaliya), Zenit (Rusiya), Bayer (Almaniya), Monako (Fransa).

D qrupu: Arsenal (İngiltərə), Borussiya (Dortmund, Almaniya), Qalatasaray (Türkiyə), Anderlext (Belçika).

E qrupu: Bavariya (Almaniya), Mançester Siti (İngiltərə), ÇSKA (Moskva, Rusiya), Roma (İtaliya).

F qrupu: Barselona (İspaniya), PSJ (Fransa), Ayaks (Hollandiya), APOEL (Kipr).

G qrupu: Çelsi (İngiltərə), Şalke (Almaniya), Sportinq (Portuqaliya), Maribor (Sloveniya).

H qrupu: Porto (Portuqaliya), Şaxtyor (Ukrayna), Atletik (İspaniya), BATE (Belarus).

AzNews.az