Ölkəmizə ilk gələn Kanada yığması oldu Ölkəmizə ilk gələn Kanada yığması oldu

TopTop Qız ilk komandanı qarşıladı

Ölkəmizə ilk gələn Kanada yığması oldu



AzNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların Azərbaycana gəlişi artıq başlayıb. Ölkəmizə ilk təşrif buyuran komanda isə Kanada yığması olub.

Mundial iştirakçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb.

TopTop Qızın təqdim etdiyi gül dəstələrini aldıqdan və kollektiv şəkil çəkdirdikdən sonra komandanın üzvləri qalacaqları otelə yola düşüb. Kanada yığması qonaqpərvərliklə qarşılanmalarından məmnun olduqlarını bildirib.

Elxan
AzNews.az