İtirən “Barselona” oldu İtirən “Barselona” oldu

Gürcülərdən ispanlara zərbə

İtirən “Barselona” oldu



AzNews.az ispan mediasına istinadən xəbər verir ki, "DÇ-2014"-ün seçmə mərhələsi çərçivəsində Gürcüstanla oyunda İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib.

Belə ki, "Barselona"nın yarımmüdafiəçisi Andres İniyesta ciddi zədə alaraq sıradan çıxıb. Sağ ayağında yırtıq yaranan ulduz oyunçu yaxın iki həftə ərzində yaşıl meydanlarda görünməyəcək.

Məlumat üçün bildirək ki, İniyesta İspaniya liqasında "Qetafe" və "Qranada" komandaları və ÇL-in qrup mərhələsində "Spartak" (Moskva) ilə oyunda oyundan kənar qalacaq.

AzNews.az