Çempionat iştirakçıları bu stadionda məşq edəcəklər Çempionat iştirakçıları bu stadionda məşq edəcəklər

DÇ ərəfəsində yeni arena -FOTO

Çempionat iştirakçıları bu stadionda məşq edəcəklər



Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmiş yeni stadion sentyabrın 13-də istifadəyə verilib. AzərTAc-ın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Açılışdan öncə ona gül dəstəsi təqdim olunub. Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsib. Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları var. Bildirilib ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcəklər. Dünya çempionatından sonra burada Azərbaycanın I divizionunun komandalarının oyunları keçiriləcək.

Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban xanım Əliyeva onlarla səmimi söhbət edib. Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olunub. Heydər Əliyev Fondunun prezidenti milli komandamızın oynayacağı topun üzərinə uğur imzası atıb. O, futbolçu qadınlarla xatirə şəkli çəkdirib.

Meydançada dünya çempionatının kubokuna baxan Mehriban xanım Əliyevaya məlumat verilib ki, bu mükafat qalib gələn komandaya təqdim edilir və növbəti qalibədək həmin ölkədə saxlanılır. Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzulayıb.

AzNews.az
image description image description image description image description