Azərbaycan millisi FİFA reytinqində geriləyəcək. Azərbaycan millisi FİFA reytinqində geriləyəcək.

Azərbaycan millisi FİFA reytinqində geriləyəcək

Azərbaycan millisi FİFA reytinqində geriləyəcək.



Apasport.az saytının məlumatına görə, buna səbəb yığmamızın hesabındakı əmsalın azalmasıdı.

Avqustun 14-də açıqlanan reytinq siyahısında 413 xalla 73-cü yerdə olan Berti Foqtsun komandası arxada qalan müddətdə 3 matç keçirib. Avqustun 20-də Özbəkistan (0:0), sentyabrın 3-də Rusiya (0:4), dünən isə Bolqarıstanla (1:2) qarşılaşan yığmamız 21 günə sığan 3 oyunda 69 xal itirib.

Belə ki, bu uğursuz görüşlərdən sonra yığmamızın hesabında 344 xal qalıb və 69 xalın itirilməsi FİFA sıralamasında aşağı yuvarlanmaqla nəticələnməyə bilməz. Lakin bu gün də milli komandaların iştirakı ilə bir sıra matçlar baş tutduğundan komandamızın yeni mövqeyini söyləmək çətindi.

Lakin 1 ay əvvəl 344 xala malik komandanın – Estoniyanın 93-cü olduğunu nəzərə alsaq, Foqtsun yetirmələri təxminən 20 pillə geriləyəcək. Əlbəttə ki, bu rəqəm kiçik fərqlə dəyişə də bilər.

İtirilən 69 xalın 15-i Özbəkistan, 30-u Rusiya, 24-ü Bolqarıstanla görüşdə əldən verilib. Çünki ilk oyundan sonra 398-ə bərabər olan əmsalımız Moskva səfərindən sonra 368-ə qədər azalmışdı.

Qeyd edək ki, FİFA reytinq siyahısını sentyabrın 20-də açıqlayacaq.


AzNews.az