Qadın güləşçimizdən bürünc medal- Fotolar

Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.


"Qafqazinfo" xəbər verir ki, çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər yarışıblar.

Milli komandamızın üzvü Mariya Stadnik (48 kq) Böyük Britaniya güləşçisi Yana Rattiganı, çinli Çun Leini və argentinalı Patrisia Bermudezi məğlub edərək yarımfinala yüksəlib.

Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Yuliya Ratkeviç İsveç təmsilçisi Malin Yohannaya, Kanada idmançısı Kristina Fazzariyə, bolqarıstanlı Taybe Yusseinə qalib gələrək yarımfinala adlayıb.

Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıblar. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.





AzNews.az

Copyright © 2024