İdman kompleksi Abşeronda inşa edilir İdman kompleksi Abşeronda inşa edilir

Yeni Olimpiya kompleksi

İdman kompleksi Abşeronda inşa edilir



AzNews.az xəbər verir ki, Abşeron rayonunda Olimpiya İdman Kompleksinin inşasına start verilib. Kompleks Gənclər və İdman Nazirliyinin sifarişi ilə Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixli "Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən inşa edilir.

Kompleksin tikintisini 2014-cü ildə başa çatdırmaq nəzərdə tutulub. Yeni idman kompleksi Bakı-Quba yolunun 17 kilometrliyində, Qafqaz Universitetinin yaxınlığında tikilir.

AzNews.az