11:28
(077) 610-22-33

Azərbaycan yığması AÇ-na doğru

  • >
438 14 Sentyabr 2012 20:38 | İdman

Millimiz rəqibinə aman vermədi



AzNews.az xəbər verir ki, bu gün Bakı İdman Sarayında qadın voleybolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin C qrupunda ikinci dövrənin ilk turunun oyunları keçirilib. Bakı meydançasına əvvəlcə Belarus və Avstriya yığmaları çıxıblar.

Qarşılaşma yenə belarusluların qələbəsi ilə başa çatıb. Onlar bu rəqibi Finlandiyada olduğu kimi, Azərbaycanda da darmadağın ediblər.

Günün ikinci görüşündə isə Azərbaycan yığması Finlandiya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu qrupun Finlandiyada baş tutan ilk dövrə oyunlarında Azərbaycan millisi hər üç görüşdə bu rəqiblərini darmadağın etmişdi.

Voleybol
AÇ-2013-ün seçmə mərhələsi


C qrupu

AVSTRİYA – BELARUS - 0:3 (18:25, 18:25, 13:25)

AZƏRBAYCAN – FİNLANDİYA - 3:0 (25:23, 25:19, 25:20)


Turnir cədvəli: Azərbaycan - 12 xal (12-0), Belarus - 9 (9:4), Finlandiya – 3 (4-9), Avstriya – 0 (0-12).

AzNews.az
Bağla X