- Köhnə - İdman
- 15 Sentyabr 2012 11:16
- 2 920
Prezident: “Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır”
Prezident İlham Əliyev qeyd edib ki, paralimpiyaçılarımız artıq bir neçə dəfədir ki, Paralimpiya Oyunlarında iştirak edirlər. Ancaq ən böyük qələbə məhz London oyunlarında qazanılıb.
"Azərbaycan idman dövlətidir. Artıq mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Həyat və sizin uğurlarınız bu sözləri bir daha təsdiqləyir. Çünki həm Olimpiya, həm Paralimpiya oyunlarında idmançılarımız şərəflə çıxış ediblər. Dünya miqyasında yüksək pilləyə qalxmaq çox böyük nəticədir. Hər bir qələbə, hər bir uğur ölkəmizi daha da ucaldır. Bu, əlbəttə ki, sizin qələbənizdir, idmançıların, onların məşqçilərinin, idman mütəxəssislərinin uğurudur. Ancaq bununla bərabər, bütün xalqımızın, dövlətimizin uğurudur" - deyə, dövlət başçısı əlavə edib.
Prezident onu da bildirib ki, dörd qızıl, beş gümüş, üç bürünc medal, 27-ci yerdə olmaq böyük şərəfdir: "Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır. Bizdə çox gözəl gənc nəsil yetişir. Baxın, Olimpiya Oyunlarından sonra güləş üzrə dünya çempionatında gənclərimiz birinci yerə çıxdılar. Yeniyetmələr arasında birinci Olimpiya Oyunlarında cavanlarımız 11-ci yerə nail ola biliblər".
Daha sonra prezident İlham Əliyev mükafatları təqdim edib.
İkiqat paralimpiya çempionu İlham Zəkiyev, London Paralimpiyasının qalibi Ramin İbrahimov, məşqçi Ağanağı Cəfərov qayğı və diqqətə görə ölkə başçısını minnətdarlıqlarını bildiriblər. Prezident İlham Əliyev Ramin İbrahimovun əlini havaya qaldırıb.
AzNews.az