06:41
(077) 610-22-33

Daha bir məğlubiyyət acısı

  • >
585 15 Sentyabr 2012 11:26 | İdman

AzNews.az xəbər verir ki, Polşada italiyalı mütəxəssis Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunan IV beynəlxalq Voleybol turnirində "Azərreyl" ilk oyunda "Dinamo"ya (Moskva) məğlub olub. Komanda yeni baş məşqçi Alessandro Çiappininin rəhbərliyi ilə səfərdə uğursuz debüt edib – 0:3. Qrupun digər oyununda isə "Tauron" (Polşa) "Srvena Zvezda"ya (Serbiya) qalib gəlib.

I tur

"Azərreyl" - "Dinamo" - 0:3 (21:25, 15:25, 18:25)
"Tauron" - "Srvena Zvezda" - 3:1 (23:25, 25:17, 25:12, 25:15)

II turda isə "Srvena Zvezda" - "Azərreyl" və "Tauron" - "Dinamo" qarşılaşacaq.

AzNews.az
Bağla X