19:55
(077) 610-22-33

Erməni idmançısı Azərbaycanı təmsil edəcək

  • >
3 665 15 Sentyabr 2012 12:49 | İdman

Azərbaycanın İdman Boulinqi Federasiyasının erməni əsilli idmançısı Aramais Sülemanyanın Moskvada 11-15 sentyabrda keçirilən turnirdə qondarma "DQR"in təmsilçisi kimi təqdim edilməsinə etirazı nəticəsini verib. Bundan əvvəl Rusiyanın Boulinq Federasiyası Süleymanyanın yalanından ancaq Azərbaycan tərəfinin telefon zəngindən sonra xəbər tutduğunu bildirərək yanlışlığın qurumun internet saytında dəyişdiriləcəyini bildirmişdi.

Avropa Boulinq Federasiyasının Rəyasət Heyətinin üzvü Sergey Lisiçin də məsələyə münasibət bildirb. Erməni mətbuatının məlumatına görə, Lisiçin idmançının tanınmamış dövlətin təmsilçisi kimi yarışlarda iştirakının mümkün olmadığını vurğulayıb. Həmçinin bir neçə saatın içərisində səhvin düzəldiləcəyi bildirb. Saytda Sülemanyanın Azərbaycanı təmsil etdiyi yazılacaq.

E.Əlosmanqızı
AzNews.az
Bağla X